Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirilib

AzTU-da “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirilib

17.05.2023     236     AzTU

“Prosol” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirib.

Təlimin məqsədi yaranan virtual təhlükələrlə mübarizə aparmaq və təhlükəsiz rəqəmsal mənzərəni inkişaf etdirmək üçün tələbələrə əsas bilik və bacarıqları aşılamaqdan ibarətdir.

Təlimdə ümumi hücum vektorları, təhlükəsiz kodlaşdırma təcrübələri, insidentlərə qarşı cavab strategiyaları və fəal müdafiə tədbirləri də daxil olmaqla kibertəhlükəsizliklə bağlı geniş mövzular əhatə olunub.

Sonda keçirilən sual-cavab sessiyasında fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.

 

 

Digər xəbərlər