Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Rumıniyada beynəlxalq həftədə iştirak edib

AzTU əməkdaşları Rumıniyada beynəlxalq həftədə iştirak edib

19.05.2023     356     AzTU

Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində “Erasmus+” proqramı çərçivəsində beynəlxalq həftə keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva və Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli AzTU haqqında təqdimatla çıxış ediblər.

5 gün davam edən tədbir çərçivəsind transmilli təhsil tərəfdaşlığı, “Erasmus+” çərçivəsində mümkün mübadilə və layihə fürsətlərinin dəyərləndirilməsi və həyata keçirilməsi mexanizmləri ilə bağlı təlimlər keçirilib, həmçinin müxtəlif fakültələrdə görüşlər təşkil edilib.

Səfər çərçivəsində AzTU nümayəndələri hazırda Buxarest İqtisadiyyat Universitetində “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsil alan İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri – Emil Gebekbəyov və Ramiz Səlimovun fəaliyyəti ilə də tanış olublar. 

 

 

Digər xəbərlər