Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU mütəxəssislərinin hazırladığı "Beynəlxalq avtomobil yük daşımalarında sürücü bələdçisi" kitabının təqdimatı olub

AzTU mütəxəssislərinin hazırladığı "Beynəlxalq avtomobil yük daşımalarında sürücü bələdçisi" kitabının təqdimatı olub

30.06.2022     207     AzTU

Logistika sahəsi üçün kadr hazırlığı üzrə ixtisaslaşan “AZTUGEM” təlim-tədris mərkəzi özünün faəliyyət istiqamətini ictimaiyyətə təqdim edib.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası, Azərbaycan Texniki Universiteti (AzTU), eləcə də logistika və nəqliyyat sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “AZTUGEM” təlim-tədris mərkəzinin tanıtım çarxı və saytı qonaqlara təqdim olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev universitetin son illər nəqliyyat və logistika sektorunun inkişafı istiqamətində müxtəlif layihələrə imza atdığını bildirib. Rektor deyib ki, AzTU-da nəqliyyat və logistika sahəsi üçün kadr hazırlığının beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsinə böyük önəm verilir.

Daha sonra AzTU mütəxəssislərinin hazırladığı "Beynəlxalq avtomobil yük daşımalarında sürücü bələdçisi" kitabı qonaqlara təqdim olunub.

 

  

 



Digər xəbərlər