Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun bir qrup tələbəsi Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə səfər edib

AzTU-nun bir qrup tələbəsi Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə səfər edib

06.07.2022     246     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, dekan müavini Şahin Maşayev, həmçinin bir qrup tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.

AzTU ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində gerçəkləşən səfər ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədilə təşkil olunub.

Tanıtım səfəri emal sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub.

Səfər zamanı Cəmiyyətin mütəxəssisləri qonaqları maraqlandıran sualları cavablandırıb.

  

  



Digər xəbərlər