Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun dekanı Bursa Texniki Universitetində mühazirə oxuyub

AzTU-nun dekanı Bursa Texniki Universitetində mühazirə oxuyub

18.05.2023     312     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov “Erasmus+ KA1” proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetinə (BTU) səfər edib. Səfər çərçivəsində Nizami Poladov BTU-nun müvafiq fakültə və kafedralarında görüşlərdə iştirak edib, laboratoriyalarla tanış olub, həmçinin metallurgiya və materiallar mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyub.

Nizami Poladov hazırda BTU-da “Erasmus+” çərçivəsində təhsil alan AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin bakalavr tələbəsi İlqar Qənbərov və təcrübə keçən magistr tələbəsi Turiyyə Kərimova ilə də görüşüb, onların fəaliyyəti ilə maraqlanıb. 

 


Digər xəbərlər