Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər CRENG layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib

CRENG layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib

23.06.2021     239     Arxiv

Nəqliyyat və logistika fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus +KA2 proqramı üzrə yerinə yetirilən “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) icra edilən magistr proqramı üzrə məlumatlandırma sessiyası keçirilib.

Sessiyada çıxış edən layihənin koordinatoru, AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Subhan Namazov sözügedən magistr proqramının Avropa təhsil sisteminə uyğun təşkil olunduğunu bildirib. Qeyd edib ki, magistr proqramı Avropada təşkil olunan oxşar ixtisaslarla rəqabətli ixtisas olub, gələcəkdə bu ixtisas üzrə ikili  diplomların yerinə yetirilməsi nəzərdə tutulur.  

Layihə üzrə AzTU-da yaradılan “Xidmət Ofisi”nin rəhbəri Fuad Daşdəmirov magistr proqramı haqqında təqdimatla çıxış edib. Təqdimatda proqram üzrə ümumi məlumat, onun rəqabət xüsusiyyətləri, tədris olunacaq fənnlər və burada öyrədiləcək ixtisas bilikləri ətraflı izah edilib.

     


Digər xəbərlər