Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Rektor Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

Rektor Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

08.07.2022     204     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!! 

İnsanları xeyirxahlığa, birliyə, humanizmə, mərhəmətə, milli-mənəvi dəyərlərə sadiqliyə dəvət edən müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

Müsəlman aləmi üçün əziz olan bu bayramda kəsdiyiniz qurbanların və etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını arzulayıram!

Müqəddəs Qurban bayramı ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin!

Bayramınız mübarək olsun!

                  



Digər xəbərlər