Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da magistratura səviyyəsində yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur

AzTU-da magistratura səviyyəsində yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur

2023-12-28
749

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində 2023/2024-cü tədris ilinin yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Fənlərin siyahısı:

· Biznes statistikası (Azərbaycan bölməsi)

· Biznesdə qərar qəbulunun riyazi metodları (Azərbaycan bölməsi)

· İnvestisiya siyasəti və innovasiya fəaliyyəti (Azərbaycan bölməsi)

· Sənayedə investisiya layihələndirilməsi (Azərbaycan bölməsi)

 Tələblər:

· İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar,     data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya   texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər. 

Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb shahin.mashayev@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidir.

Müraciət üçün son tarix: 07.01.2024

Sillabus-Az