Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Almaniyanın “Rohde&Schwarts International GmbH” şirkətinin nümayəndəsi AzTU-da olub

Almaniyanın “Rohde&Schwarts International GmbH” şirkətinin nümayəndəsi AzTU-da olub

09.10.2023     205     AzTU

Radioelektron və telekommunikasiya nəzarət və ölçü avadanlıqları üzrə dünyada qabacıl nüfuza malik “Rohde & Schwarts International GmbH” şirkətinin Orta Asiya və Azərbaycan üzrə nümayəndəsi Sergey Rybinski Azərbaycan Texniki Universitetinin (AzTU) Radioelektron və aerokosmik sistemlər kafedrasının professor-müəllim heyəti ilə görüşüb.  

Görüşdə kafedranın ölçmə və nəzarət cihazlarında siqnalların rəqəmli emalı texnologiyasının perspektiv inkişafı haqqında məlumat verilib. Həmçinin aerokosmik sistemlər, telekommunikasiya, radioelektron vasitələr, xüsusitəyinatlı rabitə sistemləri və elektromaqnit birgəliyi istiqmətlərində əməkdaşlığın qurulması müzakirə olunub və ilkin razılaşmalar əldə edilib.

Sergey Rybinskinin 2024-cü ilin fevralında Azərbaycana nəzərdə tutulan növbəti səfəri çərçivəsində AzTU-da seminar keçməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Digər xəbərlər