Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da DAAD-nin növbəti məlumatlandırma sessiyası keçirilib

AzTU-da DAAD-nin növbəti məlumatlandırma sessiyası keçirilib

11.10.2023     230     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün “Almaniyada təqaüdlü doktrantura təhsili, tədqiqat imkanları və fürsətlər” mövzusunda məlumatlandırma sessiyası keçirilib.

Sessiyada Alman Akademik Mübadilə Proqramının (DAAD) AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Claudio Kasperl Almaniyada doktorantura səviyyəsində təqaüd proqramları, habelə akademik heyət üçün tədqiqat imkanlarından danışıb.

Bundan başqa, müraciət üçün şərtlər, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında da ətraflı məlumat verilib. Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.


Digər xəbərlər