Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

26.10.2023     330     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov DAAD ilə AzTU arasında uzunmüddətli əməkdaşlıqdan, Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) ilə imzalanan ikili diplom proqramından və yeni yaradılan Alman mühəndislik fakültəsinin inkişaf perspektivlərindən danışıb.

Daha sonra DAAD-nin AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, təqaüdlü yay kursları və magistratura səviyyəsi üzrə təqaüd proqramıları haqqında tələbələrə ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər