Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

AzTU-da insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

25.04.2024     158     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki İbrahim Əhmədov və tələbələr iştirak ediblər.

Ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər, insan alveri qurbanlarının müəyyən edilməsinin əsas üsulları barədə tələbələrə məlumat verilib.

Daha sonra videoçarx nümayiş olunub.

Bildirilib ki, insan alveri cinayətindən zərər çəkmiş şəxslər, insan alverinin ehtimal olunan qurbanları və potensial qurbanları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən 152 “Qaynar xətt”inə müraciət edə bilərlər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər