Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da proqramlaşdırma üzrə olimpiadada iştirak etmək istəyən tələbələr üçün seçim imtahanı keçirilib

AzTU-da proqramlaşdırma üzrə olimpiadada iştirak etmək istəyən tələbələr üçün seçim imtahanı keçirilib

09.10.2023     281     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadada iştirak etmək istəyən tələbələr üçün seçim imtahanı keçirilib.

İmtahanda bütün kurslar üzrə ümumilikdə 70 tələbə qeydiyyatdan keçib. Onlardan 41 nəfəri imtanada iştirak edib. AzTU-nun kompüter zallarında təşkil olunan imtahanda tələbələrə 10 məsələ təqdim olunub. Tələbələrin cavabları avtomatlaşdırılmış sistem tərəfindən dərhal qiymətləndirilib.

Qeyd edək ki, məqbul qiymət alan tələbələr oktyabrın 22-də ICPC (International Collegiate Programming Contest) tərəfindən keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.


Digər xəbərlər