Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da "GreenAgroHack" hakaton yarışması ilə bağlı infosessiya keçirilib

AzTU-da "GreenAgroHack" hakaton yarışması ilə bağlı infosessiya keçirilib

23.04.2024     185     AzTU

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Texniki Universiteti (AzTU) və AzTU-da yerləşən “Bilişim Vadisi Bakı”nın təşkilatçılığı, bir sıra inkubasiya və akselerasiya mərkəzlərinin tərəfdaşlığı ilə “GreenAgroHack" hakaton yarışması ilə bağlı görüşlərə start verilib. Bu qəbildən olan ilk məlumatlandırma sessiyası AzTU-da keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “FemTech” Akselerasiya Mərkəzinin rəhbəri Nərgiz Əmrəhova hakatonun əhəmiyyətindən danışıb və tələbələri yarışmada iştiraka dəvət ediblər.

Bildirilib ki, “GreenAgroHack” 15-17 may 2023-cü il tarixində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində 29 saat 29 dəqiqə 29 saniyə müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllərin tapılması və hazırlanması müsabiqəsidir.

Hakatonunun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının, ağıllı həllərin hazırlanması, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etməkdir.

Qeyd edək ki, hakatonda iştirak üçün ən azı iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində) komanda və ya fərdi şəkildə müraciət etmək olar. Fərdi müraciət edən şəxslər müraciətlər bitdikdən sonra təşkilat komitəsi tərəfindən 5 nəfərlik komandalar şəklində qruplaşdırılacaq.

İnfosessiyadan sonra universitetin laboratoriya və emalatxanasına baxış keçirilib.


Digər xəbərlər