Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da "Yanğınsöndürmə balonlarından istifadə qaydaları" ilə bağlı təlim keçirilib

AzTU-da "Yanğınsöndürmə balonlarından istifadə qaydaları" ilə bağlı təlim keçirilib

27.10.2023     186     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) "Yanğınsöndürmə balonlarından istifadə qaydaları" ilə bağlı təlim keçirilib. Təlimə universitetin 16 nəfərdən ibarət yanğınsöndürən manqası, həmçinin bütün strukturlardan ümumilikdə 41 nəfər könüllü cəlb olunub.

Məqsəd fövqəladə hadisələr zamanı əməkdaşların çevik davranışlarının artırılması və digər qaydalarla bağlı məlumatlı olmalarıdır.

Əvvəlcə Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Vidadi Mustafayev təlim iştirakçıları ilə inzibati binada yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirici söhbət aparıb.

Daha sonra AzTU-nun həyətində yanğınsöndürən balonlardan istifadə əyani olaraq təlim iştirakçılarına izah edilib.  


Digər xəbərlər