Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Scopus” və “SciencDirect” bazalarının təqdimatı keçirilib

AzTU-da “Scopus” və “SciencDirect” bazalarının təqdimatı keçirilib

17.08.2023     449     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Elsevier” şirkətinin “Scopus” və “ScienceDirect” bazalarının təqdimatı keçirilib. Təqdimatda AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları, “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzka, həmçinin müxtəlif ali məktəblərin nümayəndələri iştirak ediblər.

İştirakçıları salamlayan rektor Vilayət Vəliyev müasir dövrdə tədrisin və elmi-tədqiqatların inkişafından danışaraq bu istiqamətdə kitabxanaların rolunu qeyd edib. Bildirib ki, kitabxanaların beynəlxalq əməkdaşlığı genişləndirməsi elmin inkişafı üçün mühüm amillərdən biridir.  

AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyevanın moderatorluğu ilə keçirilən təqdimatda “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzkanın “Scopus” və “ScienceDirect” bazaları haqqında ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər