Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin doğum günüdür

AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin doğum günüdür

16.06.2022     247     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda anadan olub. O, 2010–2014-cü illərdə AzTU-da bakalavr, 2015–2017-ci illərdə magistratura səviyyəsində təhsil alıb.

Elçin Həsənli 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü iştirak edib. Elçin Həsənli 2020-ci il noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

 


Digər xəbərlər