Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professoru DAAD-ın Tbilisi Regional Ofisinin açılışında iştirak edib

AzTU-nun professoru DAAD-ın Tbilisi Regional Ofisinin açılışında iştirak edib

16.06.2022     275     AzTU

İyunun 9-da Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin açılışı olub.  Açılış mərasimində Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş, Gürcüstanın Təhsil və elm nazirinin müavini Nunu Mitskeviç, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli (onlayn) və DAAD-ın baş katibi Dr. Kay Ziks çıxış ediblər.

Daha sonra Heinrich Boell Fondunun Cənubi Qafqaz Regional Ofisinin direktoru Dr. Sonya Şiffersin moderatorluğu ilə “Qlobal çağırışlar fonunda Cənubi Qafqazla və onun daxilində akademik mübadilə” adlı panel müzakirələri keçirilib.

Tədbirdə həmçinin “DAAD və onun Cənubi Qafqazdakı məzunları” mövzusu ilə əlaqədar məzunların fəaliyyəti, “Almaniya və Cənubi Qafqaz arasında ali təhsil sahəsində əməkdaşlıq: Ən yaxşı təcrübə nümunələri” mövzusu ilə bağlı regionda DAAD tərəfindən maliyyələşdirilən layihələr, təcrübələr,  problemlər, eləcə də DAAD mühazirəçilərinin və Tbilisi Regional Ofisinin fəaliyyətləri və planları müzakirə olunub.

Açılış mərasimində Azərbaycan Texniki Universitetini (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov təmsil edib.

  

  

 



Digər xəbərlər