Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun tərəfdaş olduğu IQAinAR layihəsinin fəaliyyəti bərpa olunub

AzTU-nun tərəfdaş olduğu IQAinAR layihəsinin fəaliyyəti bərpa olunub

20.07.2023     267     AzTU

Avropa Birliyinin maliyyə dəstəyi ilə “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsinin bir illik fasilədən sonra yenidən icraya başlaması ilə əlaqədar tədbir keçirilib. Açılış tədbirində layihənin yeni tərəfdaşları da iştirak edib. 

Qeyd olunub ki, Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə keçirilən IQAinAR layihəsinin mövcud tərəfdaşları sırasına Azərbaycan Texniki Universiteti (AzTU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) də daxil edilib. Layihənin müddəti isə 14.01.2025-ci ilə qədər uzadılıb.

Açılış tədbirində yeni tərəfdaşların təqdimatı olub. Tərəfdaşlar yeni tərkibdə yaradılmış konsorsiumun bütün üzvlərinin iştirakı ilə layihə planı, iş qrafiki və bölgüsünü müzakirə edərək razılığa gəliblər. Həmçinin layihəyə edilən dəyişikliklər, büdcənin idarə edilməsi, eləcə də layihənin ictimaiyyətə çatdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Görüşdə oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan konsorsium üzvlərinin ilk toplantısı barədə də fikir mübadiləsi aparılıb.


Digər xəbərlər