Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU professorunun məruzəsi Beynəlxalq Astronavtika Konqresinin məqalələr panelinə daxil edilib

AzTU professorunun məruzəsi Beynəlxalq Astronavtika Konqresinin məqalələr panelinə daxil edilib

11.10.2023     240     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının müdiri professor Valeh Baxşəli Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (74th International Astronautical Congress) çıxış edib.  

Onun “Dəyişən kütləli raket sisteminin mexaniki hərəkətinin dinamik analizi” (Dynamic analysis of the mechanical motion of a variable-mass composition rocket system) mövzusunda məruzəsi konqresin proqramına və məqalələr haqqında informasiya panelinə daxil edilib. (https://iafastro.directory/iac/paper/id/79158/summary/)

AzTU professoru həmçinin yerli və xarici iştirakçılara universitetdə aparılan elmi-tədqiqat işləri haqqında da geniş məlumat verib və sualları cavablandırıb.  

Qeyd edək ki, Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.


Digər xəbərlər