Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman müəllimləri ilə görüşüb

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman müəllimləri ilə görüşüb

05.10.2023     311     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib.

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin qocaman müəllimləri iştirak edib. Akademik heyəti Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən rektor onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, gənc müəllimlər pedaqoji və elmi fəaliyyətlərində qocaman müəllimlərin təcrübələrindən yararlanmalı, hər zaman onlardan məsləhət almalıdırlar.

Görüşdə çıxış edən müəllimlər onlara göstərilən diqqətə görə təşəkkür ediblər.


Digər xəbərlər