Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri üçün fərdi karyera konsultasiya xidməti keçirilib

AzTU tələbələri üçün fərdi karyera konsultasiya xidməti keçirilib

15.05.2023     305     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə AzTU tələbələri üçün ekspres karyera konsultasiya xidməti həyata keçirilib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının mütəxəssisi Nərgiz Bayramova fərdi konsultasiyalardan yararlanan tələbələri karyera planlaması, əmək bazarı, rezüme (CV) və istək məktubun hazırlanması, iş müsahibələrinə hazırlıq, iş həyatında diqqət edilməli məqamlar, tələb və təklif arasındakı uyğunluq barədə məlumatlandırıb.

Gün ərzində davam edən xidmət zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər