Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə Respublika Kubokunun qalibi olub

AzTU tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə Respublika Kubokunun qalibi olub

18.04.2024     100     AzTU

Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Alpaqut Turan döyüş sənəti üzrə Respublika Kuboku başa çatıb.

400-dən çox idmançının təmsil olunduğu turnirdə Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı da iştirak edib. O, Alpaqut döyüş sənətinin Batur sistemi üzrə 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 


Digər xəbərlər