Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində Avropa tərəfdaşlarının iştirakı ilə növbəti görüş keçirilib

ECAR layihəsi çərçivəsində Avropa tərəfdaşlarının iştirakı ilə növbəti görüş keçirilib

30.05.2023     280     AzTU

1 (1)         2 (1)

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində 6-cı idarəetmə heyəti görüşü keçirilib. Tədbirdə layihə konsorsiumunun üzvü olan Azərbaycanın 15 universitetindən nümayəndələr və Avropa tərəfdaşları iştirak edib.

Görüşdə Azərbaycan Texniki Universitetini (AzTU) beynəlxalq layihələr üzrə qrupun rəhbəri Mətanət Paşayeva və beynəlxlaq layihələr üzrə aparıcı mütəxəssis Nabat Cabbarova təmsil edib.

Əvvəlcə layihənin komponentləri üzrə görülmüş işlər barədə iştirakçılara məlumat verilib. Daha sonra elmi işlər, tələbə və məzunlarla iş üzrə komitə sədrlərinin hesabatı dinlənilib, həmçinin layihənin keyfiyyət təminatı və monitorinqi ilə bağlı xarici ekspert George Dafoulasın sualları iştirakçılar tərəfindən cavablandırılıb. İdarəetmə görüşündə layihənin 4 və 5-ci iş paketlərinə uyğun nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati və maliyyə məsələləri, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında da geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.


Digər xəbərlər