Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində Brüsseldə komitə rəhbərləri üçün təlimlər keçirilib

ECAR layihəsi çərçivəsində Brüsseldə komitə rəhbərləri üçün təlimlər keçirilib

07.07.2023     301     AzTU

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində komitə rəhbərlərinin Belçikanın Brüssel şəhərinə növbəti səfəri təşkil olunub. Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov təmsil edib.

5 günlük səfər çərçivəsində komitə rəhbərləri üçün Avropa tərəfdaşı “EFMD Global” təşkilatı tərəfindən təlim-seminarlar keçirilib. Təlim-seminarlarda “EFMD Global” təşkilatının nümayəndələri beynəlxalq layihələrdəki təcrübələrini, marketinq və kommunikasiya strategiyalarını Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətləri ilə bölüşüblər.  

“Belçikanın ali təhsil sistemində Flamand Universitetlərarası Şurasının rolu: Şuranın dövri nəşrləri” və “Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri” kimi mühüm mövzularda təlimlər şuraların məsul şəxsləri Dr. Koen Verlaeckt, Dr. Sophie Dufays tərəfindən keçirilib. Sözügedən təlimlər Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsinə həsr olunub.


Digər xəbərlər