Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Fransada LMQS layihəsi çərçivəsində görüş keçirilib

Fransada LMQS layihəsi çərçivəsində görüş keçirilib

08.09.2023     266     AzTU

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində beynəlxalq koordinasiya şurasının görüşü keçirilib. Görüş layihənin koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı və Fransanın Cote d'Azur Universitetinin ev sahibliyi ilə təşkil olunub. 

Görüşdə layihənin Avropa, həmçinin Qazaxıstan və Azərbaycandan olan tərəfdaşlarının nümayəndələri də iştirak ediblər.

Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) layihənin koordinatoru professor Həsən Hüseynov təmsil edib.

Görüş zamanı layihə çərçivəsində reallaşdırılan fəaliyyətlərin tapşırıqlara uyğunluğu və Qazaxıstan universitetlərinə göstərilən pedaqoji və metodoloji dəstək üzrə müzakirələr aparılıb, həmçinin Azərbaycandan və Qazaxıstandan olan universitetlərin fəaliyyətinə dair təqdimatlar keçirilib.

Nümayəndələr qarşıda icrası gözlənilən tapşırıqları müzakirə edərək beynəlxalq koordinasiya şurasının növbəti görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.  


Digər xəbərlər