Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər LMQS layihəsi çərçivəsində AzTU-nun magistratura səviyyəsində yeni açılan ixtisasa 20 tələbə qəbul olunub

LMQS layihəsi çərçivəsində AzTU-nun magistratura səviyyəsində yeni açılan ixtisasa 20 tələbə qəbul olunub

05.10.2023     287     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsi üzrə yeni açılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisasına tələbə qəbulu artıq ikinci ildir uğurla davam etdilir.

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında bakalavr və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində açılan yeni ixtisasa 2023/2024 tədris ili üzrə 20 tələbə qəbulu olunub.  

Layihə çərçivəsində AzTU əməkdaşları Yunanıstanın Qərbi Attika Universitetində təlim proqramında iştirak edib və yeni magistr ixtisası onların tədris proqramları əsasında hazırlanıb.

Qeyd edək ki, sözügedən ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri səhiyyə müəssisələrində praktiki  təcrübə proqramlarında iştirak edəcəklər. 


Digər xəbərlər