Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” 2-ci beynəlxalq konfransın materialları İsveçrə nəşriyyatında dərc olunub

“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” 2-ci beynəlxalq konfransın materialları İsveçrə nəşriyyatında dərc olunub

22.04.2024     204     AzTU

4-5 dekabr 2023-cü il tarixlə­rin­də Azər­­­­baycan Texniki Universiteti (AzTU) (Azərbaycan), Brandenburq Texniki Universiteti Kotbus-Zenf­­tenberq (Almaniya) və Qazi Universitetinin (Türkiyə) təş­ki­lat­çı­lı­ğı ilə AzTU-da keçirilmiş “Maşınqayırma və energetika: yeni konsepsiyalar və tex­nologi­ya­lar” 2-ci beynəlxalq konfransının materialları İsveçrənin “Trans Tech Publication” nəşriyyatı ilə razılaşmaya əsasən beynəlxalq bazalara daxiıl olan jurnallarda dərc olunub.

“Trans Tech Publication” nəşriyyatı məqalələri rəydən keçirdikdən sonra Scopus xülasələndirmə və indeksləmə bazasına daxil olan “Advances in Science and Technology” jurnalında 35 məqalə, “Key Engineering Materials” jurnalında 9 məqalə, “Materials Science Forum” jurnalında 6 məqalə olmaqla ümumilikdə 50 elmi məqalə dərc edib.  Əlavə olaraq konfransın 23 məqaləsi isə “Google Scholar”, “ProQuest”, “Ulrichsweb”, “EBSCOhost Research Databases”, “WorldCat (OCLC)” və digər  xülasələndirmə və indeksləmə bazlarına daxil olan  “Engineering Headway” toplusunda nəşr olunub.

Yaxın günlərdə bütün materiallar müvafiq  beynəlxalq elmi xülasələndirmə və indeksləmə bazalarında əks olunacaq.

Qeyd edək ki, AzTU “QS World University Ranking”, “Times Higher Education” və s. beynəlxalq bazalarda reytinqinin yüksəldilməsi məqsədilə bu qəbildən olan konfransların təşkilini davam etdiməyi planlaşdırır.

https://www.scientific.net/MSF.1119

https://www.scientific.net/KEM.979

https://www.scientific.net/AST.148

https://www.scientific.net/EH.7


Digər xəbərlər