Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Siemens Energy” şirkətinin nümayəndəsi AzTU-da seminar keçib

“Siemens Energy” şirkətinin nümayəndəsi AzTU-da seminar keçib

18.08.2023     459     AzTU

Almaniyanın “Siemens Energy” şirkətinin Elm və texnika bölməsinin rəhbəri Yaşar Musayev Azərbaycan Texniki Universiteti (AzTU) və digər ali təhsil müəssisələrinin, həmçinin elmi-tədqiqat institutlarının və sənaye sahələrinin əməkdaşlarına “Yaşıl enerji texnologiyası: Yaşıl hidrogen” mövzusunda seminar keçib.

Qonağı AzTU-da görməkdən məmnunluğunu ifadə edən rektor Vilayət Vəliyev bu mövzuda seminarın keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib. Bildirib ki, yaşıl enerji texnologiyalarının tədqiqi zamanı Almaniya təcrübəsindən yararlanmaq faydalı ola bilər. Rektor AzTU-da bu istiqamətdə görülən işlər və adıçəkilən mövzuda keçiriləcək konfrans barədə də məlumat verib.

Daha sonra Yaşar Musayev sözügedən mövzuda mühazirə oxuyub. O, əvvəlcə “Siemens Energy” şirkəti haqqında ətraflı məlumat verib. Daha sonra yaşıl enerji, habelə yaşıl hidrogen texnologiyaları sahəsində həyata keçirilən yeniliklər barədə geniş təqdimatla çıxış edib.

Seminarın sonunda suallar cavablandırılıb. 


Digər xəbərlər