Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Slovakiya universitetinin nümayəndəsi AzTU-da olub

Slovakiya universitetinin nümayəndəsi AzTU-da olub

29.08.2023     351     AzTU

Slovakiya Respublikasının Jilina Universitetinin Mexanika mühəndisliyi fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini professor İvan Kuliç Azərbaycana səfəri çərçivəsində AzTU-da olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. İvan Kuliç əvvəlcə təmsil etdiyi universitet haqqında geniş təqdimatla çıxış edib, AzTU ilə enerji, nəqliyyat və logistika, mexatronika sahələrində əməkdaşlığın qurulmasının önəmini bildirib.

İvan Kuliç Jilina Universitetinin layihələri haqqında da danışıb. “Horizon Europe” və “Erasmus+” proqramlarında AzTU ilə birgə iştirak istiqamətində əməkdaşlığın qurulacağı qeyd olunub.

Rektor Vilayət Vəliyev AzTU-nun Avropanın müxtəlif  universitetləri ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Jilina Universitetinin beynəlxalq tədqiqatlar sahəsində geniş təcrübəsinin olduğunu vurğulayan rektor AzTU-nun bu təcrübədən yararlanacağını diqqətə çatdırıb.

Görüş zamanı birgə tədqiqatların aparılması və elmi məqalələrin yazılması, professor-müəllim heyəti və tələbə mübadiləsi, universitetlərin təşəbbüsü ilə konfransların təşkili istiqamətində əməkdaşlığın yol xəritəsi müəyyən olunub.


Digər xəbərlər