Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Türkiyə və Azərbaycan universitetləri birgə konfrans keçiriblər

Türkiyə və Azərbaycan universitetləri birgə konfrans keçiriblər

18.05.2023     203     AzTU

Mayın 16-18-də Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, logistika və ekoloji mühit” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Onlayn formatda keçirilən konfransda hər üç ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Konfransın açılışında çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız, AzTU-nun rektoru Vilayət Vəliyev və MDU-nun rektoru Şahin Bayramov iki qardaş ölkənin tərəfdaş universitetləri arasında əməkdaşlığın davamlı inkişafından məmnunluqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, hər il mayın 17-də qeyd olunan Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü bu il “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə ən az inkişaf etmiş ölkələrin imkanlarının artırılması” mövzusuna həsr olunub.

Bu günün beynəlxalq səviyyədə qeyd olunması cəmiyyətlərin informasiya-kommunikasiya texnologiyalarından istifadənin verdiyi imkanlara, eləcə də rəqəmsal fərqliliyin aradan qaldırılmasına diqqəti çəkmək məqsədi daşıdığı bildirilib. Bu kontekstdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən üçtərəfli elmi tədbirin önəmini vurğulayan rektorlar, habelə regionda İKT, energetika, logistika və ekologiya sahəsində mövcud əməkdaşlıq imkanlarının və perspektivlərinin dəyərləndirilməsi baxımından konfransın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. 

Sonra konfrans 3 bölmə iclası ilə işini davam etdirib.


Digər xəbərlər