Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Türkiyənin “Robotex” şirkətinin təsisçiləri AzTU-da olub

Türkiyənin “Robotex” şirkətinin təsisçiləri AzTU-da olub

13.07.2023     380     AzTU

Türkiyənin “Robotex” şirkətinin təsisçiləri Zülal İnan, Orxan Çevik və şirkətin nümayədələr AzTU-da olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor AzTU-da həyata keçirilən layihələr haqqında qonaqlara məlumat verib. Bildirib ki, “Robotex”lə birgə təlimlərin keçirilməsi, mentorların hazırlanması və sahibkarlıq sahəsində seminarların təşkili universitet-sənaye işbirliyinin inkişafına töhfə verə bilər.

“Robotex” təsisçiləri şirkətin dünyanın ən böyük robototexnika yarışmasının təşkilatçısı olduğu bildirib. Şirkət robotlar və müvafiq sahələrdə dünyada tanınan bir sıra müəssisə və təşkilatlarla birgə yarışların keçirilməsi üçün əməkdaşlıq edir. Qeyd olunub ki, robotlar sahəsində gənclər üçün müxtəlif sərgilər və seminarların təşkilatçısı olan “Robotex” AzTU ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Görüş zamanı perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadilsi aparılıb.


Digər xəbərlər