Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Almaniyanın məşhur şirkətinin əməkdaşları AzTU-da seminar keçib

Almaniyanın məşhur şirkətinin əməkdaşları AzTU-da seminar keçib

23.02.2024     256     AzTU

Almaniyanın sənaye elektronikası üzrə dünyada məşhur olan “Rohde & Schwarz” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) telekommunikasiya sahəsində seminar keçib.

Tədbirdə AzTU-nun professor-müəllim heyəti, tələbələr, telekommunikasiya və peyk rabitəsi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri istirak ediblər.

Seminarda şirkətin nümayəndələri tərəfindən müxtəlif sənaye sahələri, o cümlədən kompüter və telekommunikasiya şəbəkələri, peyk rabitəsi, ölçmə və sınaq sistemlərinə aid ən son yeniliklərlə bağlı məruzələr dinlənilib, şirkətin bu istiqamətlərdə innovativ həll yolarından bəhs edilib. Daha sonra “Rohde & Schwarz” nümayəndələri müəllim və tələbələri maraqlandıran sualları cavablandırıblar.  

Seminarın sonunda AzTU-nun aidiyyəti kafedralarının professor-müəllim heyəti və şirkət nümayəndələri perspektiv birgə tədqiqat imkanlarını müzakirə ediblər.


Digər xəbərlər