Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da antinarkomaniya mövzusunda seminar keçirilib

AzTU-da antinarkomaniya mövzusunda seminar keçirilib

25.04.2024     126     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) antinarkomaniya mövzusunda seminar keçirilib. 

AzTU-nun Sosial İnkişaf Mərkəzinin direktoru Qəmər İsayeva bildirib ki, narkomaniya ilə bağlı təhlükə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Dünyanı ciddi şəkildə narahat edən bu problemlə bağlı gəncləri maarifləndirmək məqsədilə universitetdə mütəmadi olaraq antinarkomaniya mövzusunda seminarlar təşkil olunur.

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Kamran Mayılov və DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrafilli narkomaniyanın bəşəriyyətə vurduğu fəsadlardan söz açıblar. Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətlə yanaşı, cəmiyyətin hər bir fərdi də fəal rol oynamalıdır. Eyni zamanda, bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyi də xüsusi vurğulanıb.

Daha sonra narkomaniyanın insan həyatına təhlükəsini və fəsadlarını əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub.


Digər xəbərlər