Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Texniki Universitetinin tələbələri üçün növbəti ustad dərsi keçirilib

Azərbaycan Texniki Universitetinin tələbələri üçün növbəti ustad dərsi keçirilib

03.04.2024     225     AzTU

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulan tədbirlər çərçivəsində universitetin tələbələri üçün növbəti ustad dərsi keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Nadir Novruzov və Azər Məlikov “Praktiki nüfuzetmə testləri” mövzusunda tələbələrə praktiki təlim keçiblər.

Məruzəçilər nüfuzetmə testlərinin məqsədləri, mərhələləri və alətləri barədə məlumat verib, sızma testlərinin bütün mərhələlərini, o cümlədən boşluqların aşkarlanması və istismarını əhatə edən praktiki laboratoriya işlərini nümayiş etdirib, boşluqların aradan qaldırılması üzrə zəruri tədbirləri diqqətə çatdırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb və onlara tövsiyələr verilib.


Digər xəbərlər