Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU nümayəndə heyəti Moldovada beynəxalq konfransda iştirak edib

AzTU nümayəndə heyəti Moldovada beynəxalq konfransda iştirak edib

15.04.2024     288     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu Avropa Birliyinin maliyyələşdirdiyi “ERASMUS+KA2” proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə Moldovada növbəti beynəlxalq konfrans və idarəetmə heyətinin növbəti görüşü keçirilib.

Tədbir İtaliya, İspaniya, Avstriya, Polşa Macarıstan, Litva, Moldova, Azərbaycan və Ukraynadan olan tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunub. Beynəlxalq konfrans 8-10 aprel tarixlərində Moldovanın Komrat şəhərində Komrat Dövlət Universitetinin, 11-12 aprel tarixlərində isə Kişinyov şəhərində Moldova Texniki Universitetinin ev sahibliyi ilə keçirilib.

Konfransda AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva, Tədqiqat və İnkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Doktorantura və magistratura şöbəsinin müdiri Şahin Maşayev iştirak edib.

Görüşdə Avropa tərəfdaşları tərəfindən kənd təsərrüfatında İT texnologiyalarının tətbiqi, Avstriyada Klaster İnnovasiya Ferması, təlim modullarının yaradılması təcrübəsi, kənd təsərrüfatı üzrə bilik və innovasiya sistemi, qida sektorunda klasterlər mövzularında təqdimatlar verilib və modellər üzərindən tətbiqi müzakirə aparılıb. Səfər çərçivəsində orqanik süd məhsulları istehsal edən qabaqcıl təsərüfatlara baxış keçirilib və innovativ tətbiqlər öyrənilib.

İdarəetmə heyətinin görüşü ilə davam edən səfərdə layihənin əsas komponentləri üzrə açıq qalan  məsələlər müzakirə olunub, növbəti görüşün keçirilmə vaxtı razılaşdırılıb.

Sonda layihə üzrə yekun konfransın Azərbaycanda keçirilməsi üçün təşkilatı məsələlərin də müzakirəsi aparılıb.


Digər xəbərlər