Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU nümayəndələri Azərfloat zavodunda olub

AzTU nümayəndələri Azərfloat zavodunda olub

06.04.2024     277     AzTU

AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərfloat şüşə zavoduna səfər edib. Qurumun müşaviri Bəhmən Əliyev qonaqlara məlumat verib ki, zavod Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Müəssisə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edən başlıca şirkətlərdən biri olaraq ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir.

AzTU nümayəndə heyətinin müəssisənin fəaliyyəti ilə tanışlığı zamanı bildirilib ki, tələbələr zavodda mövcud təcrübə proqramlarında aktiv iştirak edəcəklər. Eyni zamanda tədqiqat imkanlarının yaradılması, laboratoriya bazasından birgə istifadə edilməsi ilə bağlı razılığa gəlinib.


Digər xəbərlər