Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun İctimai Şurasının növbəti iclası keçirilib

AzTU-nun İctimai Şurasının növbəti iclası keçirilib

25.10.2023     371     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının növbəti iclası keçirilib. İclasda AzTU-da son vaxtlar həyata keçirilən layihələr, görülən işlər və yeniliklər barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı universitetdə yaradılmış “Bilişim Vadisi Bakı”nın fəaliyyətindən də danışılıb. Həmçinin mühəndis hazırlığı istiqamətində AzTU-da tətbiq olunan yeni yanaşmalar təqdirəlayiq hesab olunub.

Daha sonra AzTU İctimai Şura üzvləri “Bilişim Vadisi Bakı” ilə tanış olub, bu sahədə perspektivlər müzakirə edilib. Şura üzvləri “Bilşim Vadisi Bakı”da təmsil olunan rezident şirkətlərin AzTU-da aparılan mühəndis hazırlığına faydası barədə maraqlanıb, eyni zamanda innovasiyaların dəstəklənməsi üçün mümkün mexanizmlər haqqında fikirlərini bildiriblər.

Universitet-sənaye əməkdaşlığının müasir modelləri, yeni əməkdaşlıq platformaları barədə də geniş müzakirələr aparılıb.


Digər xəbərlər