Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib

AzTU-nun İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib

14.03.2024     297     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib. Toplantıda “Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” (ICPC) olimpiadasına hazırlığı istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub.
 
Olimpiadanın əhəmiyyətindən danışan rektor Vilayət Vəliyev universitetdə bu məqsədlə görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu istiqamətdə yeni strukturlar yaradılıb, istedadlı tələbələrin aşkarlanması və inkişaf etdirilməsi üçün məqsədyönlü işlər həyata keçirilib.
 
“Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” olimpiadasının Azərbaycan üzrə regional direktoru və koordinatoru Etibar Seyidzadə ICPC regional və final mərhələləri haqqında məlumat verib, beynəlxalq təcrübədə bu istiqamətdə atılan vacib addımları qeyd edib. 
 
Toplantıda iştirak edən AzTU müəllimləri tələbələrin respublikadaxili, regional və beynəlxalq olimpiadalara hazırlanması üçün AzTU-da görüləcək işlər, universitetdə proqramlaşdırma və infromatika üzrə keçiriləcək yarışların formatı və digər məsələlər barədə fikirlərini bölüşüblər.
 
Sonda toplantı iştirakçıları İnformatika Olimpiada Mərkəzinə baxış keçiriblər.

Digər xəbərlər