Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib

AzTU-nun Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib

02.11.2022     360     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib.

Seminarda kafedranın əməkdaşı Eldagiz Zamanlı “Simurq alqoritmi” haqqında məruzə ilə çıxış edib.

O, alqoritmin çoxtərəfli kriptoqrafik hesablamalar əsasında onlayn lotereya tipli müsabiqələrin keçirilməsi üçün nəzərdə tutulduğunu, ölkəmizdə praktiki tətbiq sahələrinə istinad etməklə məsələnin aktuallığını qeyd edib və alqoritmin addımlarını diqqətə çatdırıb.

Məruzəçi ənənəvi üsullarla onlayn keçirilən lotereya proseslərində iştirakçı səviyyəsində şəffaflığın və hesabatlılığın mümkünsüzlüyünü vurğulayıb, təklif edilən alqoritmlə bu problemin həlli yolunu göstərib. Simurq alqoritmi vasitəsilə lotereya mükafatçılarının seçimi prosesində bütün lotereya iştirakçılarının rol oynadığını və onların nəticələrə birbaşa təsir etdiyini qeyd edib. Bildirib ki, hər bir iştirakçı nəticələr elan edildikdən sonra nəticələrə etdiyi təsiri müşahidə edə və nəticələrin  təsadüfiliyinə əmin ola biləcək. Bununa da lotereya təşkilatçısı və iştirakçıları arasındakı etimadsızlıq problemi həll olunur. 

Seminarın sonunda Eldagiz Zamanlı sualları cavablandırıb. Məruzəçiyə bu istiqamətdə tədqiqatın genişləndirilməsi, alqoritmi reallaşdırmaq üçün müvafiq proqram təminatı platformasının təkmilləşdirilməsi tövsiyə edilib.   

 


Digər xəbərlər