Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun magistr tələbələri üçün ustad dərsi keçirilib

AzTU-nun magistr tələbələri üçün ustad dərsi keçirilib

11.05.2023     400     AzTU

 

“TIM Consulting” və “TIM Academy” şirkətlərinin təsisçisi, 20 ildən artıq IT sahəsində ən mürəkkəb layihələrə imza atmış tanınmış ekspert Teymur Hacıyev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsində təhsil alan tələbələri üçün “Oracle verilənlər bazasının təhlükəsizliyi” mövzusunda ustad dərsi keçirilib.

Dərs zamanı Oracle verilənlər bazası təhlükəsizliyinin müxtəlif aspektləri, o cümlədən girişə nəzarət, autentifikasiya, məlumatların şifrlənməsi, şəbəkə təhlükəsizliyi, ehtiyat nüsxə və bərpaetmə məsələləri barədə məlumat verilib.

Həmçinin Oracle verilənlər bazalarının təhlükəsizliyini təmin etmək üçün ən son təhlükəsizlik xüsusiyyətləri və ən yaxşı təcrübələr tələbələrin diqqətinə çatdırılıb.

Teymur Hacıyev regionun dövlət əhəmiyyətli ən kritik və 24*7 statuslu “Oracle Database” infrastrukturunun qurulmasında yaxından iştirakı zamanı qarşılaşdığı bəzi kritik informasiya təhlükəsizliyi insidentlərinin aradan qaldırılması təcrübələrini də bölüşüb.

Dərs zamanı “TIM Consulting” və “TIM Academy” şirkətlərində təcrübə və layihələrdə iştirak imkanları barədə məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, Teymur Hacıyev Prezident İlham Əliyevin Sərəncamına əsasən,  2009-cu ildə Azərbaycanın IT ekosistemində xüsusi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.


Digər xəbərlər