Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun məzunu Teymur Qaraisayevin “Qaraheybət” aviasiya poliqonunda şəhid olmasından bir il ötür

AzTU-nun məzunu Teymur Qaraisayevin “Qaraheybət” aviasiya poliqonunda şəhid olmasından bir il ötür

30.11.2022     276     AzTU

2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından bir il ötür. Qəza nəticəsində 14 hərbi qulluqçu şəhid olub, 2 nəfər yaralanıb. Şəhid olan hərbi qulluqçular arasında Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, kapitan Teymur Qaraisayev də olub.  

Qeyd edək ki, Teymur Qaraisayev 1983-cü ildə anadan olub. 2000-2004-cü illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsində təhsil alıb.  

Prezident İlham Əliyevin sərəncamına əsasən, kapitan Teymur Qaraisayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

 

 


Digər xəbərlər