Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun tələbələri mükafata layiq görülüb

AzTU-nun tələbələri mükafata layiq görülüb

23.06.2022     236     AzTU

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri mükafatlandırılıb. Tədbir Azərbaycan Texniki Univertitetinin (AzTU) böyük akt zalında keçirilib.

Müsabiqə-festivalda AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Kənan Alquliyev “Vokal (bəstəkar)” kateqoriyasında, Maşınqayırma və robototexnika fakültəsinin III kurs tələbəsi Məsud Kərimli “Milli və dünya xalqlarının çalğı alətləri” kateqoriyasnda 1-ci yerin, AzTU tələbələrindən ibarət rəqs qrupu “Müasir rəqs” kateqoriyasında 2-ci yerin qalibi olublar. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Universtitetin I kurs magistratura tələbəsi Nazan Babayeva isə “Bədii qiraət” kateqoriyasında fəal iştirakına görə diplom ilə təltif edilib.

Mərasimdə, həmçinin Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçlığı ilə keçirilən universitetlər arası futzal yarışının qalibi olmuş AzTU komandasına kubok və hədiyyələr təqdim olunub.

  

  

 



Digər xəbərlər