Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun türkiyəli məzunu əcnəbi tələbələrə seminar keçib

AzTU-nun türkiyəli məzunu əcnəbi tələbələrə seminar keçib

13.10.2023     327     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) kompüter mühəndisliyi ixtisasının 2005-ci il məzunu, “DBMaster İnformasiya Texnologiyaları” şirkətinin yaradıcısı Talip Hakan Öztürk əcnəbi tələbələrə seminar keçib.

“Texnologiyaya uzanan yolun hekayəsi – verilənlər bazası administratorunun karyerası” mövzusunda təşkil olunan seminarda 100-ə yaxın əcnəbi tələbə iştirak edib. Talip Hakan Öztürk tələbələrə uğur hekayəsindən danışıb, təcrübələrini bölüşüb.

Həmçinin onun verilənlər bazası mövzusunda türk dilində yazdığı kitablar haqqında da tələbələrə məlumat verilib.

Sual-cavab formatında davam edən seminarda tələbələrə verilənlər bazası administratoru (DBA) olmaq üçün yol xəritəsi təqdim olunub.


Digər xəbərlər