Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və Pakistan universiteti arasında anlaşma memorandumu imzalanıb

AzTU və Pakistan universiteti arasında anlaşma memorandumu imzalanıb

18.10.2023     272     AzTU

Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin (METU) nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə son illər həyata keçirilən yeniliklərdən danışıb. Rektor Azərbaycanla Pakistanın texniki universitetləri arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

METU nümayəndə heyətinin rəhbəri, tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektor Rizvan Riazın təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirib ki, METU innovasiya və startap ekosisteminin inkişafına xüsusi önəm verir.

Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.


Digər xəbərlər