Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Clarivate Analytics” şirkətinin nümayəndələri AzTU-da olub

“Clarivate Analytics” şirkətinin nümayəndələri AzTU-da olub

04.04.2024     287     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Clarivate Analytics” şirkətinin Baltik, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə koordinatoru Anna Trifonova və şirkətin tədris resursları üzrə mütəxəssisi İneş Kenjina ilə görüşüb. Görüşdə AzTU-nun nümayəndələri də iştirak edib.

Rektor Vilayət Vəliyev “Clarivate Analytics”şirkəti ilə AzTU-nun 2015-ci ildən başlayan əməkdaşlığının uğurla davam etdirildiyini vurğulayıb.

Görüşdə “Web of Science” beynəlxalq reytinqli elmi nəşrlər platforması ilə əməkdaşlıq, elmi jurnalların, dissertasiya işlərinin beynəlxalq bazalara daxil edilməsi və istinadların artırılması istiqamətində müzakirələr aparılıb.    

Eyni zamanda müxtəlif sahələrdə konfrans nəşrlərinin “Web of Science” platformasına daxil edilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.


Digər xəbərlər