Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər UniClad layihəsi çərçivəsində İspaniyada idarə heyətinin görüşü keçirilib

UniClad layihəsi çərçivəsində İspaniyada idarə heyətinin görüşü keçirilib

12.10.2023     271     AzTU

“Erasmus + KA2” proqramı üzrə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində idarə heyətinin görüşü keçirilib.

İspaniyanın Palencia şəhərində layihənin Avropa tərəfdaşı Valladolid Universitetinin təşkil etdiyi görüşdə Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva təmsil edib. O, görüş zamanı geniş təqdimatla çıxış edib.

Layihə konsorsiumunda benefisiar olaraq təmsil olunan Azərbaycan, Ukrayna və Moldova universitetlərinin və onların yerli tərəfdaşlarının iştirakı ilə keçirilən görüşdə komponentlər üzrə görülmüş işlərin hesabatı dinlənilib, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün gözlənilən risklər və həlli yolları müzakirə olunub.

Daha sonra layihənin komponentlərinə rəhbərlik edən Litva, Macarıstan, İspaniya, İtaliya, Avstriya və Polşadan olan tərəfdaş universitetlərin nümayəndələri rəhbərlik etdikləri komponentlər üzrə görülməli olan işləri müzakirə edib, növbəti səfərlərin və konfransların vaxtını dəqiqləşdiribər.  

Layihə çərçivəsində Avropa ölkələrində magistr və doktorantların mobilliyi, onlar üçün seçilmiş mövzular üzrə dərs vəsaitlərinin tərtib olunması, klasterlərin formalaşdırlması ilə bağlı təlimatın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.    


Digər xəbərlər