Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

21.02.2024     250     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) YAP Yasamal rayon təşkilatı, universitetin Humanitar fənlər kafedrası, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev  kafedranın müəllimi Afaq Zeynalova ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlərdən danışıblar.

Qeyd olunub ki, ana dilimiz bizim milli sərvətimizdir. Onun qorunması və gələcək nəsillərə olduğu kimi ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Çıxışlardan sonra tədbir tələbələrin ifasında ana dilimizə həsr olunan şeir və mahnılarla davam edib.


Digər xəbərlər