Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Şəkəri azalt, ömrünü uzat!”kampaniyası çərçivəsində tələbələrlə görüş keçirilib

AzTU-da “Şəkəri azalt, ömrünü uzat!”kampaniyası çərçivəsində tələbələrlə görüş keçirilib

19.04.2024     221     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrlə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələrinin görüşü keçirilib.

“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində keçirilən görüşdə “Şəkərin zərərləri”, “Şəkər əvəzediciləri” və “Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti” mövzularında təqdimatlar edilib.

Qeyd olunub ki, kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir. 

Xüsusi vurğulanıb ki, şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xəəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.


Digər xəbərlər