Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU tələbəsi "GreenTech" startap və yaşıl texnologiyalar" müsabiqəsində 2-ci yerə layiq görülüb

Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gəncədə "GreenTech" startap və yaşıl yexnologiyalar" müsabiqəsi keçirilib. Azərbaycan Texnologiya Universiteti, Təhsilin İnkişafı Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya (robototexnika, mexatronika, enerji sistemləri mühəndisliyi, insanlıq naminə texnologiyalar, davamlılıq) üzrə mübarizə aparıb. "GreenTech" startap və yaşıl texnologiyalar" müsabiqəsində Azərbaycan Texniki Universiteti (AzTU) 4 komanda ilə təmsil olunub. AzTU-nun Nəqliyyat və logistika fakültəsinin birinci kurs tələbəsi Kamran Qurbanovun kapitanı olduğu “Təbii sərvətlərdən səmərəli istifadə və Qarabağın dirçəlişi” komandası müsabiqədə ikinci yerə layiq görülüb. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gəncədə "GreenTech" startap və yaşıl yexnologiyalar" müsabiqəsi keçi ..

2024-05-02
AzTU

AzTU əməkdaşları Finlandiyada səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda  institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində növbəti təlimlər Finlandiyanın Jyväskylä Universitetində təşkil olunub. Təlimlərdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, kitabxana sistemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil edib. Təqdimatlarda Jyväskylä Universitetinin elmi mədəni irsinin formalaşdırılmasını təmin edən rəqəmsal repozitariya konsepti, “Açıq Əlyetərlilik”, “Açıq Elm” fəaliyyətləri barədə ətraflı məlumat verilib. Təlimlər çərçivəsində iştirakçıları üçün müxtəlif seminarlar da təşkil edilib. Səfər zamanı Jyväskylä Universitetinin Rəqəmsal Repozitariyasının texniki tələblərinin müəyyən edilməsi, qurulması, davamlı inkişafının təmini, elmi-mədəni irsinin toplanması, müəlliflik hüquqlarının tənzimlənməsi, informasiya resurslarının rəqəmsal repozitariyada yerləşdirilməsi, metaverilənlərin işlənməsi üçün tətbiq olunan beynəlxalq standartlar və protokollar haqqında iştirakçılara ətraflı məlumatlar verilib. Təlimin sonunda iş yüklərinin yenidən nəzərdən keçirilməsi, növbəti təlim üzrə tələblər, infrastrukturunun qurulması, metaverilənlərin işlənməsi, hüquqi sənədlərin formalaşdırlması istiqamətində müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Səfər çərçivəsində iştirakçılar üçün Jyväskylä Universitetinin Lähde kitabxanasının açıq elm mərkəzinə, kitabxananın digər filiallarına və universitet muzeyinə turlar da təşkil edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbə ..

2024-05-02
AzTU

Qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr “SAB” şirkətinə ekskursiya edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “İndustrial Engineering Hub” klubunun təşkilatçılığı ilə “SAB” şirkətinin ət və süd məhsulları zavoduna təcrübə ekskursiyası təşkil olunub. Ekskursiyada Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müəllimləri və qida mühəndisliyi ixtisasında təhsil alan 2-ci kurs tələbələri iştirak edib. Məlumat verilib ki, müəssisədə halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal olunur. Tələbələr ekskursiya zamanı dequstasiya prosesində də iştirak edib bə lazımi biliklərə yiyələniblər.   Görüşün sonunda AzTU nümayəndələrinə “SAB” rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “İndustrial Engin ..

2024-05-02
AzTU

AzTU-da “Oxu günü”nə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələr arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədilə “Oxu günü”nə həsr olunan tədbir keçirilib. Tədbirin rəsmi hissəsində çıxış edən Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev “Oxu günü”nün təsis olunması və əhəmiyyətindən danışıb. Həbib Mirzəyev kitabın şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərinin təşəkkülündə müstəsna rolunu da diqqətə çatdırıb. Daha sonra çıxış edən Humanitar fənlər kafedrasının dosenti, əməkdar müəllim Gülşən Rzayeva mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən belə tədbirlərin tələbələrin mənəvi zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirin bədii hissəsində AzTU tələbələrinin ifasında yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əfqan Əsgərovun “Qız atası” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Tələbələr həmçinin xalq şairləri Məmməd Araz və Zəlimxan Yaqub yaradıcılığından şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələr arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədilə “Oxu günü”nə həsr olunan təd ..

2024-05-02
AzTU

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respublika elmi-texniki konfransı keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respublika elmi-texniki konfransı işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb. Rektor bildirib ki, konfransda AzTU ilə yanaşı 25 elmi müəssisə, universitet və digər təşkilatlardan gənc tədqiqatçılar elmi məruzələrlə çıxışlar edəcəklər. Hər il ənənvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışan rektor bildirib ki, burada təqdim olunan tədqiqat işləri məqsədyönlü olmalıdır. Tədqiqatlar nəticəsində alınan nümunələrin sənayeyə transformasiyasının vacibliyini vurğulayan rektor bu istiqamətdə texniki yönümlü ali məktəblərin üzərinə düşən vəzifələri də qeyd edib. O, müasir dövrdə texnologiyaların və mühəndisliyin rolu, universitetdə tədqiqatın və innovasiyaların prioritetliyi barədə fikirlərini bildirib. Daha sonra çıxış edən Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun şöbə rəisi, polkovnik Yalçın İsayev konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıblar. Konfransda çıxış edən AzTU-nun doktorantları Anar Hacıyev, Samir Əmirli, Nurlan Arifzadə, magistrant Əziz Süleymanov tədqiqat işləri ilə bağlı geniş təqdimatla çıxış ediblər. Bölmə iclasları ilə davam edən konfrans işini mayın 2-də yekunlaşdıracaq. 

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX Respubli ..

2024-05-01
AzTU

“Nar” AzTU tələbələri üçün mobil rabitə təlimlərini davam etdirir

Sərfəli qiymətləri və hər kəsə uyğun təklifləri ilə tanınan “Nar” təhsil istiqamətində uzunmüddətli sosial layihələrinə davam edir. Azərbaycanın mobil rabitə sahəsinin yerli peşəkarlara dayanaraq inkişaf etməsi üçün “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün mobil rabitə təlimlərini davam etdirir. “Nar” və AzTU-nun 10 ilə yaxındır davam edən əməkdaşlığı çərçivəsində universitetin texniki istisaslar üzrə təhsil alan tələbələri “Nar” texniki heyətinin təşkil etdiyi rabitə təlimlərində iştirak edir, “Nar” laboratoriyasında əyani dərslər keçir və “Nar”ın təcrübə proqramına qoşulur. Qeyd edək ki, “Nar”ın texniki heyəti yerli peşəkarlardan formalaşır.

Sərfəli qiymətləri və hər kəsə uyğun təklifləri ilə tanınan “Nar” təhsil istiqamətində uzunmüddətli sosial layihələrinə davam edir. Azərbaycanın mobil rabitə sahəsinin yer ..

2024-04-30
AzTU

Belarus Dövlət İnformatika və Radiotexnika Universitetinin əməkdaşları AzTU-da təcrübə keçib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Belarus Dövlət İnformatika və Radiotexnika Universiteti (BDİRU) arasında imzalanmış əməkdaşlıq memarandumu çərçivəsində əlaqələr inkişaf etdirilir. Memoranduma uyğun olaraq, BDİRU-nun Avtomatlaşdırılmış sistemlərin informasiya texnologiyaları kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Navrotski Anatoli Aleksandroviç və baş müəllim Yarmolik Baleri İvanoviç təcrübə keçmək üçün AzTU-da bir həftəlik səfərdə olublar. Kompüter texnologiyaları kafedrasında təcrübə keçən qonaqlara kafedra müdiri, t.e.d., professor Vaqif Qasımov AzTU-nun tədris infrastrukturu və İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi haqqında ətraflı məlumat verib. Kafedrada mütəxəssis hazırlığı həyata keçirilən kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisaslarının təhsil və fənn proqramları, tədris planları və sillabusları haqqında da qonaqlara məlumat verilib, həmçinin onlar kafedranın maddi-texniki bazası ilə tanış olublar. Qonaqlar kafedranın professor-müəllim heyəti ilə görüşüb, dərs prosesində iştirak ediblər. Səfər çərçivəsində BDİRU nümayəndələri AzTU-nun Radiotexnika və telekommunikasiya və Kibertəhlükəsizlik kafedralarında da olublar. Səfərin yekunu olaraq qonaqlar AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və Kompüter texnologiyaları kafedrasının müdiri Vaqif Qasımovla görüşüb, gələcək əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin aparılması, ikili diplom proqramı üzrə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi məsələlərini müzakirə ediblər.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Belarus Dövlət İnformatika və Radiotexnika Universiteti (BDİRU) arasında imzalanmış əməkdaşlıq memarandumu çərçivəsində əlaqələr inkiş ..

2024-04-29
AzTU

“Gələcəyin Zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “SmartNation” platformasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Gələcəyin Zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib.  Görüşdə “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova layihə barədə ətraflı məlumat verib, həmçinin iştirakçılarla bağlı gözləntilərini paylaşıb.  Müzakirələr zamanı tələbələrin təhsil və sənayedə üzləşdikləri mövcud problemlər və ehtiyaclar dinlənilib, onların sualları cavablandırılıb.  Qeyd edək ki, layihənin məqsədi hazırda prioritet istiqamətlər (müdafiə sənayesi texnologiyaları bərpa edilə bilən enerji və energetika, nəqliyyat və logistika, infromasiya və telekommunikasiya texnologiyaları) üzrə təhsil alan tələbələrin şəxsi və peşəkar bacarıqlarının inkişafı və əmək bazarının tələblərinə uyğun kadr kimi hazırlanmasıdır.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “SmartNation” platformasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Gələcəyin Zəkası” layihəsinə müraciət edən ..

2024-04-26
AzTU

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartNation” platforması ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş keçirilib.  Görüşdə “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova layihə haqqında ətraflı məlumat verib və mentorlardan gözləntilərini qeyd edib. Mentorların təhsil və sənayedə üzləşdikləri mövcud problemlər və ehtiyaclar barədə müzakirələr aparıldıqdan sonra onların sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartNation” platforması ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Yanındayıq” mentorluq layihəsinə müraciət edən ..

2024-04-26
AzTU

AzTU-da gənc alimlər üçün seminar keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssisələrində transdisiplinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihəsi çərçivəsində seminar keçirilib. AzTU-da keçirilən tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Yüksək Təhsil İnstitutunun direktoru Anar Eminov seminarın gənc alimlər üçün əhəmiyyətindən danışıblar. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, layihənin icrası ölkənin on ali təhsil müəssisəsi üçün nəzərdə tutulub. Məqsəd gənc alimlərdə fənlərarası münasibətlər kontekstində yeni düşüncə tərzinin formalaşdırılması, xarici universitetlərin bu istiqamətdə təcrübəsini bölüşmək və yeni metodların öyrənilməsidir.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssis ..

2024-04-25